525.Az

“Aeroflot” Sankt-Peterburqdan Bakıya birbaşa uçuşlara başlayır


 

“Aeroflot” Sankt-Peterburqdan Bakıya birbaşa uçuşlara başlayır<b style="color:red"></b>

Fevralın 17-dən etibarən Rusiyanın “Aeroflot” Hava Yolları şirkəti Sankt-Peterburqla Bakı arasında birbaşa uçuşlara başlayacaq.

525.az xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.

Reyslər Pulkovo hava limanından həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri olmaqla, “Boeing 737-800” təyyarələri ilə həyata keçiriləcək.

“Aeroflot”un mətbuat xidməti qeyd edib ki, bu mövsüm sərnişinlərə Sankt-Peterburqdan Antalyaya, İstanbula, Dubaya, Daşkəndə, Səmərqəndə və İrəvana birbaşa uçuşlar təklif olunur.

 





18.01.2023    çap et  çap et