525.Az

Bakının mərkəzi küçələrindən birinin yenidən qurulması başa çatır


 

Bakının mərkəzi küçələrindən birinin yenidən qurulması başa çatır<b style="color:red"></b> Azərbaycan Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC gələn həftənin ortalarında Həsən Əliyev küçəsinin yenidən qurulması üzrə işləri tamamlamaq niyyətindədir.

Bu barədə cümə axşamı Trend-ə ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, hazırda Azər Əliyev küçəsindən Tbilisi prospektinə qədər olan hissədə işlər həyata
keçirilir, kommunikasiyalar, bordürlər dəyişdirilir. Yaxın günlərdə asfalt örtüyünün dəyişdirilməsi üzrə işlərə başlanacaq.

Mürsəliyev deyib: "Bütün işlərin həftə ərzində başa çatdırılması planlaşdırılır".
 





03.07.2014    çap et  çap et