525.Az

Maliki: "İraq ordusu yaraqlıların ələ keçirdikləri şəhərlərə nəzarəti bərpa edir"


 

Maliki: "İraq ordusu yaraqlıların ələ keçirdikləri şəhərlərə nəzarəti bərpa edir"<b style="color:red"></b> İraq ordusu yaraqlıların ələ keçirdikləri şəhərlər üzərində nəzarəti bərpa edir.

Trend-in cümə axşamı Türkiyənin "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İraqın Baş naziri Nuri əl-Maliki deyib.

Hökumət başçısının sözlərinə görə, təhlükəsizlik qüvvələri "İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı silahlılarının ələ keçirdikləri əraziləri hökumətin nəzarəti altına qaytarır.

İyunun 16-da yaraqlılar İraqın Təl-Əfar şəhərini üzərində nəzarəti ələ alıblar. İyunun 22-də bu şəhərdəki hərbi aeroport da yaraqlılar tərəfindən ələ keçirilib.
 





03.07.2014    çap et  çap et