525.Az

Kəndə erməni mərmisi düşdü: 10 iribuynuzlu heyvan öldü, ot tayası yandı


 

Kəndə erməni mərmisi düşdü: 10 iribuynuzlu heyvan öldü, ot tayası yandı<b style="color:red"></b> Erməni ordusunun açdığı atəş nəticəsində Goranboy rayonun Tapqaraqoyunlu kəndində yanğın hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, kənd sakini Münəvvər Nağıyevaya məxsus tövlədə 10-dan artıq iribuynuzlu heyvan tələf olub. Bundan başqa, vətəndaşa məxsus minə yaxın ot bağlaması yanaraq külə dönüb.

Sakinlərdən xəsarət alan olmayıb.
 





03.07.2014    çap et  çap et