525.Az

Əlcəzair səfiri ITECA Caspian-ın nümayəndələri ilə görüşüb


 

Əlcəzair səfiri ITECA Caspian-ın nümayəndələri ilə görüşüb <b style="color:red"></b>

Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri
Abdeluahab Osman ITECA Caspian şirkətinin nümayəndələri ilə görüşüb.  

525.az xəbər verir ki, bu barədə səfirliyin tvitter hesabında paylaşım edilib.

"Bu gün mən Xəzər regionunda sərgi və konfransların təşkilatçısı ITECA Caspian şirkətinin nümayəndələri ilə səmərəli görüş keçirdim. Görüşdə Əlcəzair şirkətlərinin 2023-cü ildə keçiriləcək sərgilərdə iştirakı imkanları müzakirə olundu", - səfir qeyd edib.

Pərvanə

 





18.01.2023    çap et  çap et