525.Az

Böyük Britaniyada alış-veriş çekləri paylanır


 

Böyük Britaniyada alış-veriş çekləri paylanır<b style="color:red"></b>

Böyük Britaniyada artan yaşayış xərcləri səbəbiylə çətinlik çəkən aztəminatlı insanlara market çekləri paylanmağa başlanıb. Yerli hökumətlər tərəfindən verilən çeklər "Tesco", "Asda" və "Morrisons" kimi böyük supermarketlərdə etibarlı olacaq.

525.az xəbər verir ki, son qırx ilin ən yüksək inflyasiyası ilə mübarizə aparan Böyük Britaniyada artan yaşayış xərcləri yüz minlərlə vətəndaşın çətin qış keçirməsinə səbəb olur. Belə ki, Britaniya Ev Təsərrüfatlarına Dəstək Fondu ehtiyacı olanlara dəstək olmaq üçün yerli hökumətlərlə 421 milyon funt-sterlinqlik resurs paylaşıb. Ən böyük dəstək isə ərzaq alış-verişinə ayrılıb. Xüsusilə uşaqlı ailələrin qida və içki qıtlığından əziyyət çəkməməsi üçün ehtiyacı olan ailələrə 147-180 funt-sterlinq arası alış-veriş çekləri paylanıb. Çeklər "Tesco", "Asda", "Sainsbury's" və "Morrisons" kimi böyük supermarketlərdə etibarlı olacaq. 

Qeyd edək ki, ehtiyacı olanlara enerji, ev əşyaları və mebel yardımları da fondun verdiyi dəstəklər sırasındadır.

Məhəmməd Tağıyev

 





18.01.2023    çap et  çap et