525.Az

Azərbaycanda dekabrda gündəlik neft hasilatı 548 min barel olub


 

Azərbaycanda dekabrda gündəlik neft hasilatı 548 min barel olub<b style="color:red"></b>

Ötən ilin dekabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 668 min barel olub.

Energetika Nazirliyindən 525.az-a verilən məlumata görə, bunun 548 min barelini xam neft, 120 min barelini isə kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC+” ölkələri nazirlərinin 34-cü iclasında qəbul edilmiş qərara əsasən, Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.

 





19.01.2023    çap et  çap et