525.Az

Qızıl Aypara Cəmiyyəti “Soma kampaniyası”nı yekunlaşdırdı


 

Qızıl Aypara Cəmiyyəti “Soma kampaniyası”nı yekunlaşdırdı <b style="color:red"></b>

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) 2014-cü ilin may ayının 16-dan  başlayaraq, Türkiyənin Soma vilayətində baş vermiş mədən faciəsi nəticəsində həlak olmuş insanların ailə üzvlərinə yardım edilməsi məqsədilə “Mərhəmətinizi əsirgəməyin” devizi ilə kampaniyaya start vermişdi.

AzQAC-dan Modern.az-a bildirilib ki, kampaniya artıq yekunlaşıb. Fiziki və hüquqi şəxslərin, xüsusilə millət vəkillərinin maliyyə dəstəyi ilə 40243 ABŞ dolları Türk KızılAy-ın bank hesabına köçürülüb. Bu dəstək Azərbaycan xalqının qardaş Türk xalqı ilə birliyinin bariz nümunəsidir.

Kampaniyada əsasən Milli Məclisin deputatları fəallıq göstərib və onların ianələri yığılan məbləğin 80% -i təşkil edib.  Ümumiləkdə, bu kampaniyaya 88 nəfər dəstək verib və onlardan 40 nəfəri millət vəkili olub.

“Azərbaycan Qızıl Aypara Cəmiyyəti Türkiyədə baş vermiş bu faciəyə göstərdiyi köməyə görə, Milli Məclisin deputatlarına, diəgər şəxslərə bu xeyirxah əməllərinə görə, həmçinin kampaniya dövründə verdikləri informasiya dəstəyinə görə «apa.az» və «Modern.az» internet portallarına öz dərin minnətdarlığını bildirir”-deyə AzQAC bəyan edib.

 





03.07.2014    çap et  çap et