525.Az

ABŞ İlham Əliyevlə Serj Sərkisyanın təklifi qəbul edəcəyinə ümid edir


 

ABŞ İlham Əliyevlə Serj Sərkisyanın təklifi qəbul edəcəyinə ümid edir<b style="color:red"></b>

ABŞ Dövlət Departamentinin rəsmisi Cen Psaki bildirib ki, onun ölkəsi Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sərkisyanın Parisdə görüşmək təklifini qəbul edəcəklərinə ümid edir. İlham Əliyevlə Serj Sərkisyanın Parisdə görüşməsi təklifini Fransa prezidenti Fransua Olland irəli sürüb.

“Media forum” saytının məlumatına görə, Cen Psaki deyib ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllində münaqişə tərəflərinə kömək etməyə hazırdır: “Ümid edirik ki, Azərbaycan və Ermənistan prezidentləri Fransua Ollandın sülh sazişinin əldə olunması üçün tezliklə Parisdə danışıqlara başlamaq təklifini qəbul edəcəklər.

Biz tərəfləri danışıqlar masası arxasında səylərini gücləndirməyə və diqqəti regionun bütüm sakinlərinin sülh şəraitində yaşamasına yənəltməyə çağırırıq”.

 





03.07.2014    çap et  çap et