525.Az

Ceyhun Bayramov Laçın-Xankəndi yolunda keçirilən aksiyadan danışıb


 

Ceyhun Bayramov Laçın-Xankəndi yolunda keçirilən aksiyadan danışıb<b style="color:red"></b>

Hər kəs Laçın-Xankəndi yolunda keçirilən dinc etiraz aksiyası barədə maraqlanır, narahatlığını ifadə edir. Bəziləri orada guya blokada olduğu təsəvvürünü yaratmağa çalışır.

525.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, bir sıra ölkələrdən bəlli çağırışlar olur: “Burada Ermənistan tərəfindən yanlış gündəlik formalaşdırılır. Orada blokada təsəvvürü yaratmaq niyyəti var. Belə yanlış gündəliyin formalaşmasına çalışırlar. Azərbaycan dövlətinin mövqeyi açıq və ardıcıldır. Etirazçılar ilk gündən bəyan ediblər ki, hər hansı humanitar fəlakət yaratmaq, orada yaşayan sadə insanlara qarşı hər hansı niyyət yoxdur. Bu da təsdiq olunur”.

 





20.01.2023    çap et  çap et