525.Az

Əlcəzair millisi onlara vəd olunan mükafatı rədd etdi


 

Əlcəzair millisi onlara vəd olunan mükafatı rədd etdi<b style="color:red"></b>

Əlcəzair millisinin futbolçusu İslam Slimani ərəb iş adamları və sənətçilərin vermək istədiyi mükafatı rədd edib.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, özünün və komanda yoldaşlarının bu pula ehtiyacı olmadığını deyib.

İ.Slimani  onlara veriləcək pulun Fələstinə göndərilməsini istəyib:

"Çünki Qəzzanın bu köməyə daha çox ehtiyacı var".

Qeyd edək ki, ərəb iş adamları və sənətçiləri DÇ-2014-də Əlcəzair milisinin futbolçularının atdığı hər qola görə pul mükafatı və son model avtomobil hədiyyə edəcəklərini açıqlayıblar.

 





03.07.2014    çap et  çap et