525.Az

BXA-da 20 Yanvara həsr olunan tədbir keçirilib


 

BXA-da 20 Yanvara həsr olunan tədbir keçirilib<b style="color:red"></b>

Bakı Xoreoqrafiya Akademiyasında (BXA) 20 Yanvar hadisəsinin 33-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib. 

Anım tədbirində ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Azərbaycan xalqına qarşı törədilmiş cinayətə aparan yolun 1987-ci ildən başlandığı qeyd edilib. Anım tədbirində bildirilib ki, 20 Yanvar hadisəsi Azərbaycan xalqına və ümumən  insanlığa qarşı həyata keçirilən terror aktıdır və yanvarın 19-dan 20-nə keçən gecə birbaşa SSRİ-nin rəhbəri Mixail Qorbaçov göstərişi ilə Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilən qoşun nəticəsində 131 nəfəri amansızlıqla qətlə yetirlib, 744 nəfər yaralanıb. 

Anım tədbirində, həmçinin qeyd edilib ki, baş verənlərdən sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ümummilli lider Heydər Əliyev keçirdiyi mətbuat konfransında bu qətliamı  kəskin şəkildə pisləyib, dinc xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd adlandırıb. 

Sonda  tam orta təhsil pilləsinin şagirdlərinin ifasında 1990-cı il 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş etdirilib, həmin gün baş verənlərlə bağlı video-rolik nümayiş olunub.

 





20.01.2023    çap et  çap et