525.Az

Şəhidlikdən qəhrəmanlığa gedən yol” adlı tədbir keçirilib


 

Şəhidlikdən qəhrəmanlığa gedən yol” adlı tədbir keçirilib<b style="color:red"></b>

Yanvarın 19-da Respublika Uşaq Kitabxanasının 3 saylı filialı və H.Cəbrayılov adına 99 nömrəli orta məktəbin birgə təşkilatçılığı ilə 20 Yanvar hadisəsinin 33-cü ildönümünə həsr olunan “Şəhidlikdən qəhrəmanlığa gedən yol” adlı tədbir keçirilib.

525.az xəbər verir ki, Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə xalqımızın azadlığı uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə 99 nömrəli məktəbinin şagirdlərinin ifasında şeirlər səslənib və 20 Yanvar hadisələrindən bəhs edən video rolik nümayiş olunub. Məktəbin foyesində Respublika Uşaq Kitabxanasının 3 saylı filialının hazırladığı ənənəvi kitab sərgisi nümayiş olunub. Sərgidə 20 Yanvar hadisələrini əks etdirən kitablar yer alıb.

 

 





20.01.2023    çap et  çap et