525.Az

Hadı Rəcəbli: “İdman mərkəzlərinin qapılarını açmırlar”


 

Hadı Rəcəbli: “İdman mərkəzlərinin qapılarını açmırlar”<b style="color:red"></b>

“Bu gün Azərbaycanda tikilən müasir idman mərkəzləri, olimpiya komplekslərinin qapıları tez-tez açılmır. Gənclər evləri və gənclər mərkəzlərinin yaradılması bu binalardan aktiv istifadəyə yol aça bilər”.

APA-nın verdiyi məlumata görə, bunu Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilən “Azərbaycan Könüllülər Xidməti” Proqramı və “Gənclər mərkəzləri və Gənclər evləri” virtual xəritəsinin təqdimatı mərasimində Milli Məclisin Sosial məsələlər Komitəsinin sədri Hadı Rəcəbli deyib.

H. Rəcəbli bildirib ki, bir vaxtlar qeyri-hökumət təşkilatlarına münasibət mənfi olub: “Ötən əsrin 90-cı illərin əvvəlində 4 QHT var idi, 4 gündən bir yoxlayırdılar. Sonra biz QHT-lər haqqında qanun hazırladıq, hazırda Azərbaycanda 3 min QHT var. Könüllük isə QHT fəaliyyətində vacib bir istiqamətdir. Bir neçə il əvvəl könüllülük xidməti ilə bağlı qanun da qəbul etmişik. İnanırıq ki, könülülük xidməti ölkəmizdə geniş yayılacaq”.

 





03.07.2014    çap et  çap et