525.Az

Temperatur 40 dərəcəyə yaxınlaşır


 

Temperatur 40 dərəcəyə yaxınlaşır<b style="color:red"></b>

İyulun 4-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, cənub-şərq küləyi əsəcək.

Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Havanın temperaturu gecə 20-24, gündüz 30-35 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 10-15, gündüz 23-28 dərəcə isti olacaq.

 





03.07.2014    çap et  çap et