525.Az

Putin Ukraynada müharibə ilə bağlı Təhlükəsizlik Şurasını toplayıb


 

Putin Ukraynada müharibə ilə bağlı Təhlükəsizlik Şurasını toplayıb<b style="color:red"></b>

Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı müharibə ilə bağlı Rusiya Təhlükəsizlik Şurasını toplayıb.

525.az xəbər verir ki, Kremldən verilən açıqlamada Putinin sədrliyi ilə keçirilən şura iclasında xüsusi hərbi əməliyyatla bağlı fikir mübadiləsi aparıldığı bildirilib. Rusiya müdafiə naziri Sergey Şoyqunun həftənin əvvəlində əməliyyat qərargahına səfəri barədə şuraya məlumat verdiyi açıqlamada Putinin beynəlxalq telefon danışıqları ilə bağlı məlumatları da çatdırdığı da qeyd edilib.

Qeyd edək ki, Şura üzvləri cari sosial və iqtisadi məsələlərlə bağlı danışıqlar da aparıblar.

Məhəmməd Tağıyev

 





20.01.2023    çap et  çap et