525.Az

Tələbə və məzunlar üçün virtual müəssisələrin yaradılması layihəsi həyata keçirilir


 

Tələbə və məzunlar üçün virtual müəssisələrin yaradılması layihəsi həyata keçirilir<b style="color:red"></b>

Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) tələbə məzunların əmək bazarına inteqrasiyasının sürətləndirilməsi öz ixtisasları üzrə praktik bacarıqlara yiyələnmələri məqsədilə yaradılacaq virtual təcrübə müəssisələrinin təlimçiləri ilə görüş olub.

Bu
barədə 525.az-a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriblər.

Əmək əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli tələbə məzunların yiyələndikləri ixtisaslar üzrə nəzəri biliklərlə yanaşı, praktik bacarıqlara malik olmalarında virtual təcrübə şirkətlərinin yaradılmasının əhəmiyyətindən söz açıb. Qeyd olunub ki, ƏƏSMN Dünya Bankının birgə icra etdiyi "Sosial Müdafiənin İnkişafı Layihəsi"nin alt-layihələrindən biri kimi, "Virtual müəssisələrin (Təcrübə firmalarının) yaradılması fəaliyyətə başlaması" layihəsi üzrə artıq Azərbaycan Dövlət İqtisad Universitetinin Xəzər Universitetinin bazalarında belə müəssisələrin yaradılması işlərinə başlanıb. Artıq müvafiq otaqlar ayrılaraq kompyuter digər lazımi avadanlıqlarla təchiz olunub. Virtual təcrübə müəssisələrində təlimçi qismində çalışacaq 9 nəfər müəllim üçün bununla əlaqədar beynəlxalq ekspertlər tərəfindən müvafiq təlimlər keçirilib. Layihə artıq iyun ayının 1-dən fəaliyyətə başlayıb. Virtual müəssisələrin fəaliyyətinin təmin olunması məqsədilə üzvlük qaydaları burada istifadə olunan proqram təminatı barədə EUROPEN-PEN İnternational şirkətindən məlumat əldə edilmişdir. Azərbaycan artıq 2013- ilin yanvar ayından sayı 7500 olan virtual müəssisələrin üzvlər şəbəkəsinə qəbul olunub.

Hazırda dünyanın bir çox ölkələrində yaradılan virtual təcrübə müəssisələri interaktiv tədrisi yaxşılaşdırmağa, tələbə məzunların öz ixtisasları ilə bağlı əmək bazarında işgüzar bacarıqlar qazanmasına onları inkişaf etdirməsinə yönəlib. Tələbə məzunlar virtual təcrübə müəssisələrində özlərini sanki real yerində olduğu kimi hiss edərək, öz ixtisaslarını praktik şəkildə reallaşdırmaq bacarıqları vərdişlərinə yiyələnəcəklər. Layihə eyni zamanda biznes vərdişlərinə yiyələnmə sahəsində tələbə məzunlar arasında rəqabət mühitini formalaşdıracaq. Bu isə onların gələcəkdə əmək bazarına daxil olmasını xeyli asanlaşdıracaq. İlkin mərhələdə tələbə məzunlar üçün nəzərdə tutulan layihə gələcəkdə ilk dəfə axtaran gəncləri, fərdi sahibkarlıq fəaliyyətinə başlamaq istəyənləri əhatə edəcək. Yaxın vaxtlarda layihənin geniş ictimaiyyətə təqdimatı həyata keçiriləcək. Görüşdə layihənin icrası ilə bağlı bir sıra təşkilati məsələlər müzakirə olunub layihənin nəticələri əsasında gələcəkdə bu sahədə işlərin daha geniş şəbəkədə aparılmasının mümkünlüyü vurğulanıb.

SAMİRƏ

 





03.07.2014    çap et  çap et