https://525.az/img/pics/medium/2024-04/310144_cbvmt6qy3x.jpg “525-ci qəzet”in 16 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-04/310044_m0u195wue2.jpg Azərbaycan "yaşıl enerji" sahəsində yüksək beynəlxalq nüfuz qazanıb
https://525.az/img/pics/medium/2024-04/310090_xmw6ilx7l6.jpg "Səməd Vurğunun portreti" - "Bir rəsmin dedikləri"
search
16 Aprel 2024
15 Aprel 2024

UEFA “Yuventus” klubunu Avropa kuboklarında iştirak hüququndan məhrum edə bilər

UEFA  “Yuventus” klubunu Avropa kuboklarında iştirak hüququndan məhrum edə bilər

UEFA İtaliyanın “Yuventus” klubunu Avropa kuboklarında iştirak hüququndan məhrum edə bilər.

525.az-ın xəbərinə görə, bu barədə “La Gazzetta dello Sport” qəzeti yazıb.

Əgər klubun ödənişlər zamanı maxinasiyalara yol verdiyi təsdiqlənərsə, UEFA belə qərar qəbul edə bilər. Ancaq “Yuventus” İtaliya çempionatında iştirakını Avropa kuboklarına qatılmadan başa vurarsa, belə sanksiya qəbul olunmayacaq.

Qeyd edək ki, İtaliya Futbol Federasiyası şübhəli transferlərə görə “Yuventus” klubunun 9 xalının silinməsinə dair iddia qaldırıb. Yanvarın 20-də İtaliyanın Futbol Federasiyası Məhkəməsi digər halları da araşdıraraq klubun 15 xalının silinməsi barədə qərar çıxarıb.

Məhkəmə müəyyən edib ki, şübhəli əməliyyatları gizlətmək üçün mühasibat sənədlərində səhv məlumatlar daxil edilib.

Xallar silindikdən sonra komanda A qrupundakı 3-cü yerdən onuncu yerə geriləyib. Klub qərardan kassasiya şikayəti verəcəyini bildirib.

Məhkəmə qərarına görə Fabio Paratiçi (idman direktoru) 2,5 illik, Andre Anyelli (prezident) və Mauritsio Arrivabene 2 illik, Federiko Kerubini (idman koordinatoru) 1,4 illik, Pavel Nedved (inzibatçı) 8 aylıq futbol fəaliyyətindən kənarlaşdırılıb.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.