525.Az

ADAU-nun rektoru AMEA-nın müxbir üzvü seçildi


 

ADAU-nun rektoru AMEA-nın müxbir üzvü seçildi<b style="color:red"></b>

Bu günlərdə ADAU-nun professor-müəllim heyəti xoş xəbər alıb. Universitetimizin rektoru, professor İbrahim Cəfərov "AMEA üzvlərinin ve onun rəhbər organlarının seçkiləri haqqında" əsasnaməyə uyğun olaraq, Azəbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. Bu əlamətdar hadisə universitet kollektivi tərəfindən böyük coşqu ilə garşılanıb.

İ.Cəfərov Aqrar Universitetin 15-ci rektorudur. ADAU-nun məzunudur. 1956- ildə Naxçıvan MR-in Şərur rayonunda anadan olub. 1985-1988-ci illərdə Moskvada K.A.Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasında aspiranturanı bitirib, doğma təhsil müəssisəsinə qayıtdıqdan sonra asistent, dosent, kafedra müdiri, fakültə dekanı, tədris işləri üzrə prorektor vəzifələrində çalışıb.

2013- il fevralın 18-dən rektor əvəzi, Azərbaycan Respublikası Prezidentinin 25 iyul 2013- il tarixli Sərəncamı ilə ADAU-nun rektoru vəzifəsinə təyin edilib.

Professor İ.Ceferov rektor təyin edildiyi ilk günlərdən universitetin həyatında ciddi dəyişikliklər baş vermiş, abadlıq işləri davam etdirilməklə bərabər, tədris əmək intizamı möhkəmləndirilmiş, tələbə müəllim münasibətlərində, imtahan sessiyalarında şəffaflıq təmin edilmişdir. İmtahan sessiyaları kompyuter vasitəsilə test formasında keçirilir.

Yaradılmasının 85 illiyini qeyd edən qocaman elm məbədinin kollektivi universitetimizin rektoru, professor İbrahim Cəfərovun AMEA-nın müxbir üzvü seçilməsini ölkə başçısı cənab İlham Əliyev tərəfindən ADAU-ya göstərilən qayğının aqrar sahəyə olan diqqətin böyük təzahürü kimi qiymətləndirir. Ölkəmizə peşəkar kənd təsərrüfatı mütəxəssisləri hazırlayan yeganə aqrar təhsil müəssisəsinin alimləri bundan sonra da öz bilik bacarıqlarını layiqli kadrların yetişdirilməsi üçün səfərbər edəcək yeni nailiyyətlərə imza atmaq uğrunda səylə çalışacaqlar.

AMEA-nın müxbir üzvü, kənd təsərrüfatı elmləri doktoru, professor İbrahim Cəfərovu səmimi qəlbdən təbrik edir ona gələcək elmi fəaliyyətində daha parlaq qələbələr arzulayırıq.

Maarif Rzayev, ADAU-nun "Aqrar Mütəxəssis" qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin Rusiya Jurnalistlər İttifaqı yaradıcı təşkilatının üzvü

 





03.07.2014    çap et  çap et