525.Az

“Bakı Metropoliteni” maşinistin ölməsilə bağlı açıqlama yayıb - YENİLƏNİB


 

“Bakı Metropoliteni” maşinistin ölməsilə bağlı açıqlama yayıb - <b style="color:red">YENİLƏNİB</b>

“Bakı Metropoliteni” QSC maşinistin qatar idarə edərkən ölməsilə bağlı məlumat yayıb.

525.az-a daxil olan məlumata görə, maşinist köməkçisinin dispetçerə məlumatı əsasında dərhal təcili tibbi yardım dəvət edilib. Aidiyyəti strukturlara və maşinistin ailəsinə məlumat verilib: "Metropolitenin gecə iş rejimi ilə bağlı hər hansısa problem yaşanmayıb. Hazırda məsələ ilə bağlı aidiyyəti strukturlar müvafiq iş aparır".

***

Bakı metrosunda maşinist qatar idarə edərkən ölüb.

525.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-də motovoz maşinisti işləyən 1958-ci il təvəllüdlü Kərimli Aydın Yusif oğlu “Avtovağzal metrostansiyası”nda təsərrüfat qatarını idarə edən zaman qəfildən halı pisləşərək ölüb.

 





23.01.2023    çap et  çap et