525.Az

Azərbaycan və Çin arasında iqtisadi əlaqələr müzakirə olundu


 

Azərbaycan və Çin arasında iqtisadi əlaqələr müzakirə olundu<b style="color:red"></b>

Çin Xalq Respublikasında rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu ölkənin xarici işlər naziri Van İ ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Van İ bu ilin may ayında Şanxayda keçirilmiş Asiyada Qarşılıqlı Fəaliyyət Etimad Tədbirləri üzrə Müşavirənin Zirvə Toplantısında Azərbaycan Prezidenti İlham Əliyev ÇXR-in Sədri Si Cinp arasında olan uğurlu görüşü qeyd edərək, dövlət başçılarının ikitərəfli münasibətlərə yüksək qiymət verdiyini ölkələrimiz arasında əməkdaşlığın gələcək inkişaf istiqamətlərini müəyyən etdiklərini bildirib.

Van İ əlavə edib ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Çinə rəsmi səfəri dövlət başçıları səviyyəsində əldə edilmiş razılaşmaların həyata keçirilməsi istiqamətində önəmli addımdır. Nazir Elmar Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin mayında ÇXR-a uğurlu səfərinin ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.

Azərbaycanın bütün dövlətlərlə ikitərəfli əlaqələrinin təməlini qarşılıqlı hörmət bərabərlik prinsiplərinin təşkil etdiyini deyən nazir Elmar Məmmədyarov ölkələrimiz arasında qurulmuş dostluq münasibətləri əsasında Azərbaycan Respublikasının ÇXR ilə siyasi, iqtisadi-ticarət humanitar sahələrdə əməkdaşlığın parlamentlərarası əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırmışdır. O, beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimiz arasında olan əməkdaşlığın qarşılıqlı dəstəyin məmnunluq doğurduğunu söyləmişdir.

 Azərbaycan ilə əməkdaşlığın inkişafında ölkəsinin maraqlı olduğunu deyən nazir Van İ ölkələrimiz arasında bütün səviyyələrdə məsləhətləşmələrin mübadilələrin aparılmasının iqtisadi-ticarət əməkdaşlığı üzrə hökumətlərarası komissiyanın fəaliyyətinin zəruriliyini diqqətə çatdırıb. 

Nazir Elmar Məmmədyarov tikintisi başa çatmaq üzrə olan Bakı-Tbilisi-Qars dəmir-yol xəttinin tarixi İpək Yolu üzrə yüklərin daşınması üçün əlverişli çatdırma imkanının yaradacağını qeyd edib Transmilli Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi haqqında danışaraq, bu layihənin Avropa Asiyanı birləşdirəcək genişmiqyaslı informasiya texnologiyası şəbəkəsi olacağını bildirib.

Van İ hələ 1998-ci ildə Böyük İpək Yolunun bərpası ilə bağlı Bakıda konfrans keçirildiyini xatırlayaraq, Azərbaycan Çinin Avrasiya məkanının çiçəklənməsi üçün səylər göstərəcəyinə ümidvarlığını ifadə edib.

Görüş əsnasında nazir Elmar Məmmədyarov həmkarına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinin son vəziyyəti haqqında məlumat verərək, münaqişənin həlli üçün ilk növbədə Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu Azərbaycanın ərazi bütövlüyü suverenliyinin bərpasının zəruriliyini vurğulayıb.

Van İ ölkəsinin Azərbaycanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyini anladığını, Çinin Azərbaycanın ərazi bütövlüyü suverenliyini dəstəklədiyini münaqişənin beynəlxalq hüququn prinsipləri BMT qətnamələrinə uyğun olaraq, sülh yolu ilə həllinin tərəfdarı olduğunu Çinin bu mövqeyinin prinsipial olduğunu bildirib.

Görüşdə diplomatik tədris müəssisələri arasında əməkdaşlıq, mədəniyyət günlərinin keçirilməsi, müqavilə-hüquq bazasının genişləndirilməsi qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Elmar Məmmədyarov həmkarı Van İni Azərbaycana rəsmi səfərə dəvət edib Van İ tərəfindən bu dəvət məmnuniyyətlə qəbul edilib.

 





03.07.2014    çap et  çap et