525.Az

Polis Akademiyasında polis gününə həsr olunmuş tədbir keçirildi


 

Polis Akademiyasında polis gününə həsr olunmuş tədbir keçirildi <b style="color:red"></b>

Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycan polisinin peşə bayramı 2013-2014- tədris ilinin başa çatmasına həsr olunmuş tədbir keçirilib.

APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov, DİN-in digər rəhbər şəxsləri tədbirdən əvvəl Fəxri Xiyabanda Heydər Əliyevin məzarını Şəhidlər Xiyabanını ziyarət ediblər.

Polis Akademiyasında keçirilən tədbirdə nazir Ramil Usubov, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə üzrə şöbəsinin müdiri Fuad Ələsgərov iştirak edib.

Tədbirdə Ramil Usubov Polis Akademiyasını fərqlənmə ilə bitirən məzunlara diplomları "polis baş leytenantı " xüsusi rütbələrinin poqonlarını təqdim edilib.

Akademiyanı fərqlənmə diplomu ilə bitirən İlkin Almazov yaş kötüyə rəmzi xatirə lövhəsini vurub. Sonda şəxsi heyət tribunanın qarşısından keçid edib.

 





03.07.2014    çap et  çap et