https://525.az/img/pics/medium/2024-04/310578_my8e7ua1yj.jpg “525-ci qəzet”in 19 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/310396_jz446ev36m.jpg Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: aktuallığını itirməyən tədqiqat obyekti
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2024-04/310474_5r5gk77yic.jpg Zəngəzur xatirələri və ya Naxçıvanda qorunan dəyərli irs
search
19 Aprel 2024
18 Aprel 2024

Boksçularımız Millətlər Kubokunda 11 medalla qazandılar

Boksçularımız Millətlər Kubokunda 11 medalla qazandılar

Serbiyanın Sombor şəhərində qız və qadın boksçular arasında keçirilən Millətlər kubokuna yekun vurulub.

525.az Qol.az-a istinadən xəbər verir ki, yarışın onuncu – altıncı günündə Azərbaycan millisi aktivinə 3 gümüş medal əlavə edib.

Gənc boksçular arasında Lalə Mədətova (48 kq) və Aynur Mikayılova (52 kq), böyüklərdə Şəhla Allahverdiyeva (66 kq) turniri ikinci pillədə bitiriblər.

Beləliklə, 13 ölkədən 100-dən çox idmançının qatıldığı Millətlər kubokuna 12 boksçu ilə yollanan yığmamız 11 – 2 qızıl, 3 gümüş və 6 bürünc medala sahib olub. İlin ilk beynəlxalq yarışında Mədətova, Mikayılova və Allahverdiyevadan öncə yeniyetmələrin mübarizəsində Banuçiçək Nəsirli (46 kq), gənclərdə Emili Rzayeva (66 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Məktəbli boksçular arasında Səma Hüseynova (54 kq), gənclərdə Aysu İsmayılova (48 kq), Nərmin Əlizadə (50 kq), böyüklərdə Günel Rəhimova (48 kq), Anaxanım İsmayılova (50 kq) və Esmira Məmmədova (63 kq) isə bürünc medala yiyələniblər.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.