525.Az

24 gün dənizdə qalan şəxs ketçup yeyərək sağ qaldı


 

24 gün dənizdə qalan şəxs ketçup yeyərək sağ qaldı<b style="color:red"></b>

Karib dənizindəki Dominika adası yaxınlığında dənizdə itən şəxs yelkənli qayıqda ketçup yeyərək 24 gün sağ qaldığını və daha sonra Kolumbiya sularında xilas edildiyini bildirib. 

525.az xəbər verir ki, təxminən bir ay dənizdə qalan dominikanlı bir kişi ketçup, sarımsaq tozu və bulyon həbləri yeyərək sağ qalıb. Bu həftə yelkənli qayığından xilas edilən Elvis Francois, Karib dənizində 24 gün qaldığı müddətdə parça ilə topladığı yağış suyunu içib. 

O, Martin adasında yelkənli qayığında təmir işləri apararkən itib. 

“Dostlarıma zəng etdim, onlar mənimlə əlaqə saxlamağa çalışdılar, lakin siqnalı itirdim. Oturub gözləməkdən başqa çarəm yox idi. Digər qayıqların da yanından keçdiyini gördüm və onları saxlamağa çalışdım. Hətta qayıqda od da yandırdım, onlar bunu görmədilər”, - Francois müsahibəsində deyib. 

Daha sonra itkin düşən şəxs güzgüdən siqnal kimi istifadə edərək təyyarənin görməsini təmin edib. O, ölkəsinə qaytarılmaq məqsədiylə immiqrasiya orqanlarına təhvil verilib.

Malik Atilay

 





23.01.2023    çap et  çap et