https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-09/284652_pdttwsp03a.jpg "Sıfırı yeddinin yanından silin..." - Lətif Şüküroğlu yazır
https://525.az/img/pics/medium/2024-03/308247_oo9k2t4ndt.jpg Prezident Rəşad Məcidi təltif etdi
https://525.az/img/pics/medium/2024-03/308179_uqkco4683w.jpg Beynəlxalq və milli səviyyədə qeyd edilən Elm Günü
search
28 Mart 2024

Useyn Bolt milyon dollarlıq sərvətini itirib

Useyn Bolt milyon dollarlıq sərvətini itirib

Dünyaca məşhur yamaykalı idmançı Useyn Bolt milyonlarla dollar itirib. 

525.az xəbər verir ki, bir investisiya şirkəti ilə başladığı işdən sonra hesabından 12 milyon 700 min dolların itdiyini, cəmi 12 min dollarının qaldığını açıqlayıb. 

Pulların hansı səbəblə yoxa çıxdığı hələlik məlum olmasa da, məhkəmə prosesi başlayıb. Dünyaca məşhur keçmiş idmançı var-dövlətinin itirilməsindən şoka düşüb. 

Useyn Bolt bir investisiya firmasındakı hesabında cəmi 12 min dolların qaldığını görüb. Yamayka mətbuatında çıxan xəbərlərə görə, hesabda 12 milyon 700 min dollar olması lazım idi. 

Yamaykalı idmançının vəkilləri dələduzluq və oğurluq kimi ağır cinayətin törədildiyini bildiriblər. Bildirilib ki, pul 8 gün ərzində hesaba gəlməsə, məsələ Ali Məhkəməyə aparılacaq. 

Qeyd edək ki, Bolt 8 dəfə olimpiya çempionu olub. O, 100 və 200 metr məsafələrə qaçışda dünya rekordu sahibidir.

Malik Atilay

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.