525.Az

ABŞ dövlət katibi: "Əfqanıstanda terrorun artmasını müşahidə etmirik"


 

ABŞ dövlət katibi: "Əfqanıstanda terrorun artmasını müşahidə etmirik"<b style="color:red"></b>

ABŞ Administrasiyası Əfqanıstan ərazisində fəaliyyət göstərən terrorçuların fəallığının artmasını müşahidə etmir. 

525.az xəbər verir  ki, bu barədə ABŞ-nin dövlət katibi Entoni Blinken bildirib.

"Vaşinqton onlara qarşı durmaq imkanına malikdir. Əslində biz nümayiş etdirmişik ki, terrorçular orada gizlənəndə onları ələ keçirə bilərik. ABŞ Əfqanıstandan qaçqınların kütləvi şəkildə getdiyini görməyib", - Blinken deyib.

Bir müddət əvvəl Rusiya Xarici İşlər Nazirliyinin Asiya departamentinin direktoru Zamir Kabulov bildirmişdi ki, Vaşinqton Taliban rejiminə qarşı İŞİD qüvvələrinə gizli sponsorluq edir. İŞİD Əfqanıstanda və ölkə daxilində islam fundamentalistləri rejiminin əleyhdarları ilə əlaqə yaratmağa çalışır.

Qeyd edək ki, diplomatın sözlərinə görə, ABŞ Əfqanıstandakı biyabırçı hərbi-siyasi məğlubiyyətinin qisasını almaq istəyir.

Havar Şəfiyeva

 





23.01.2023    çap et  çap et