525.Az

Rusiyada dəmiryol çənlərində yanğın baş verib


 

Rusiyada dəmiryol çənlərində yanğın baş verib<b style="color:red"></b>

Rusiyanın Anqarsk şəhərindəki neftdoldurma məntəqəsində dəmiryol çənlərinin doldurulması zamanı yanğın baş verib və 3 çən yararsız hala düşüb.

525.az xəbər verir ki, Rusiyanın İrkutsk vilayətinin Anqarsk şəhərinin sənaye sahəsindəki neftdoldurma məntəqəsində dəmir yolu tankerlərinin doldurulması zamanı yanğın baş verib. Tezliklə alov böyüyüb və ərazidən qatı tüstü qalxıb. Təxminən 2 saatlıq işdən sonra isə yanğın nəzarət altına alınıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin İrkutsk Regional İdarəsindən verilən açıqlamada 3 dəmiryol çəninin tamamilə yandığı, doldurma qurğusunun 400 kvadratmetr sahəsinin yararsız hala düşdüyü bildirilib.

Qeyd edək ki, yanğının baş vermə səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.

Məhəmməd Tağıyev

 





23.01.2023    çap et  çap et