525.Az

ABŞ-ın neft buruqlarının sayı azalıb


 

ABŞ-ın neft buruqlarının sayı azalıb<b style="color:red"></b>

Keçən həftə ABŞ-da neftqazma qurğularının sayı 10 ədəd azalıb.

525.az xəbər verir ki, neft-mədən xidmətləri şirkəti "Baker Hughes" tərəfindən açıqlanan həftəlik məlumatlara görə, 14-20 yanvar həftəsində ölkədəki neftqazma qurğularının sayı əvvəlki həftə ilə müqayisədə 10 ədəd azalaraq 613-ə enib. Son bir ildə isə ABŞ-da neftqazma qurğularının sayı 122 ədəd artıb.

Cümə axşamını 86,16 dollardan bağlayan Brent markalı neftin barel qiyməti cümə gününü 87,66 dollarla tamamlayıb. Qərbi Texas (WTI) markalı xam neftin bir barelinin qiyməti isə cümə günü 81,96 dollar səviyyəsində bağlanıb. Belə ki, cümə axşamı WTI markalı xam neftin bir barreli 80,61 dollara bağlanmışdı.

Məhəmməd Tağıyev

 





23.01.2023    çap et  çap et