525.Az

"YARAT" fotoqrafiya üzrə beynəlxalq yay məktəbi təşkil edəcək


 

"YARAT" fotoqrafiya üzrə beynəlxalq yay məktəbi təşkil edəcək<b style="color:red"></b>

Avqustun 1-dən 23-dək "YARAT" Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə fotoqrafiya üzrə Beynəlxalq yay məktəbi fəaliyyətdə olacaq.

"YARAT" Müasir İncəsənət Məkanının mətbuat xidmətindən verilən məlumata görə, Beynəlxalq yay məktəbinə ərizələri iyulun 15-dək təqdim etmək olar. İştirakçıların sayı 12 nəfərdir iştirak ödənişsizdir. Peşəkar fotoqraflar üçün nəzərdə tutulmuş yay məktəbində müasir fotoşəkil çəkilişinin əsas aspektləri ilə bağlı üç həftəlik intensiv praktiki nəzəri təlim keçiriləcək.

Bu proqram "Magnum Photography" agentliyi ilə birgə əməkdaşlıqda hazırlanıb. Agentliyin təhsil ictimaiyyət üçün nəzərdə tutulmuş tədbirləri iştirakçılara onun tanınmış fotoqraf əməkdaşlarının zəngin təcrübəsindən faydalanmaq fürsəti verir.

Agentlik öz strategiyasını xaricdən dəvət etdiyi mühazirəçilərlə əməkdaşlıq çərçivəsində təşkil etdiyi seminarlarda, icmal tədbirlərində, məşğələlərdə reallaşdırır. Belə tədbirlərdə sürətlə dəyişən fotoşəkil bazarında öz vizual incəsənət bacarıqlarını üslublarını təkmilləşdirmək üçün tədbir iştirakçılarına interaktiv, praktiki nəzəri məsləhətlər verilir.

Yay məktəbinin mühazirəçiləri sırasında "Magnum Photoraphy"dən Tomas Dvorjak (Çex Respublikası) Çienq Çi Çanqı (Tayvan), habelə Londonda yaşayıb yaradıcılıqla məşğul olan məşhur fotoqraf David Montqomerini qeyd etmək olar.

Yekunda hər tələbənin baxışı müəyyən edilərək formalaşacaq, hekayələri nəql etmək bacarıqları təşviq özlərinə məxsus üsullar sayəsində artacaq.

Ərizə formasını http://www.yarat.az/az/learn/all/overview/call-for-international-summer-photography-school səhifəsindən yükləmək mümkündür. Əlavə məlumat əldə etmək üçün "YARAT" Müasir İncəsənət Məkanının təhsil proqramının əlaqələndiricisi Ülviyyə Axundova ilə ulvia.a@yarat.az əlaqə saxlamaq olar.

S.ABDULLAYEVA

 





03.07.2014    çap et  çap et