525.Az

Peskov Qərbi Ukrayna xalqı ilə təhdid etdi


 

Peskov Qərbi Ukrayna xalqı ilə təhdid etdi<b style="color:red"></b>

Kremlin sözçüsü Dmitriy Peskov bildirib ki, Ukraynaya silah göndərən ölkələrin bu dəstəyinin əvəzini Ukrayna xalqı ödəyəcək.

525.az xəbər verir ki, Kremlin sözçüsü Dmitriy Peskov paytaxt Moskvada başda Almaniya olmaqla Qərb ölkələrinin Ukraynaya mümkün tank göndərişləri məsələsi ilə bağlı jurnalistlərə açıqlama verib.

Avropadakı ölkələrin gündəmdə olan tank daşımaları ilə bağlı bir-birini günahlandırmağa başladığına diqqət çəkən Peskov: "Avropa ölkələri, o cümlədən Varşava Berlini beynəlxalq təcridlə hədələyir. Bütün bunlar ittifaq üzvləri arasında olan narahatlığın durmadan artdığını və böyüdüyünü göstərir", - Peskov deyib.

Qərb ölkələrinin Ukraynaya silah tədarükündən məsul olduğunu vurğulayan Peskov: "Ukraynanın texnoloji səviyyəsinin yüksəlməsi və silah nəqli ilə birbaşa və ya dolayı əlaqəsi olan bütün ölkələr bu vəziyyətə görə məsuliyyət daşıyır", - deyib.

Son olaraq, silah göndərilməsinin Ukraynaya zərər verdiyini qeyd edən Peskov, bu dəstəyin əvəzini Ukrayna xalqının ödəyəcəyini bildirib.

Fərid Sançar

 





23.01.2023    çap et  çap et