525.Az

Səudiyyə Ərəbistanı İsveçin Qurani-Kərimi yandırmağa icazə verməsini pisləyib


 

Səudiyyə Ərəbistanı İsveçin Qurani-Kərimi yandırmağa icazə verməsini pisləyib<b style="color:red"></b>

Səudiyyə Ərəbistanı hökuməti sağçı bir şəxsə Qurani-Kərimi yandırmağa icazə verən İsveç hakimiyyətini qınayıb.

525.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Danimarkanın sağçı Sərt İstiqamət Partiyasının lideri Rasmus Paludan tərəfindən Qurani-Kərimin yandırılmasına reaksiya verib. 

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, İsveç səlahiyyətlilərinin sağçı bir şəxsin Quranı yandırmağa icazə verməsini şiddətlə qınadığı qeyd edilib. 

Bəyanatda Səudiyyə Ərəbistanının dialoq, tolerantlıq və birgəyaşayış dəyərlərinin yayılması, nifrət və ekstremizmin qarşısının alınması ilə bağlı sarsılmaz mövqeyi vurğulanıb.

Malik Atilay

 





24.01.2023    çap et  çap et