525.Az

Şuşa və Ağdama səfər edənlərin sayı 21 mini keçib


 

Şuşa və Ağdama səfər edənlərin sayı 21 mini keçib<b style="color:red"></b>

Bu günə qədər müntəzəm avtobus marşrutları ilə Şuşa şəhərinə və Ağdam rayonuna 506 reys həyata keçirilib, 21 015 nəfər həmin yerləri ziyarət edib.

525.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, Şuşaya 17 021 sərnişin səfər edib. Onlardan 11 905 nəfər Bakı-Şuşa-Bakı, 5 116 nəfər isə Əhmədbəyli-Şuşa-Əhmədbəyli reysi ilə gedib.

Ağdama isə ümumilikdə 3 994 sərnişin səfər edib. Onlardan 2 013 nəfər Bakı-Ağdam-Bakı,1 981 nəfər isə Bərdə-Ağdam-Bərdə reysi ilə gedib.

 





24.01.2023    çap et  çap et