525.Az

"Yeni qaz kəməri layihəsi fövqəladə əhəmiyyət kəsb edir" - Əlcəzair Prezidenti


 

"Yeni qaz kəməri layihəsi fövqəladə əhəmiyyət kəsb edir" - <b style="color:red">  Əlcəzair Prezidenti</b>

Əlcəzair və İtaliya arasında yeni qaz kəməri layihəsi fövqəladə əhəmiyyət kəsb edir. Əlcəzairə qazdan əlavə, elektrik enerjisi, ammonyak və hidrogen ixrac etmək imkanı verən bu layihə qısa müddətdə tamamlanacaq.

525.az xəbər verir ki, bunu Əlcəzair Prezidenti Əbdülməcid Tebbun İtaliya Nazirlər Şurasının sədri Giorgia Meloni ilə birgə mətbuat konfransında deyib.

O bildirib ki, layihəni başa çatdırmaq üçün lazım olan vaxt texniki ekspertlərin qiymətləndirməsindən asılıdır: “Buna baxmayaraq, artıq qaz kəməri layihəsini razılaşdırdığımız və müqavilə imzaladığımız üçün qısa zamanda tədqiqata başlayıb, sonra onu həyata keçirəcəyimizə inanıram”.

Bu boru kəmərinin qaz, elektrik enerjisi, hidrogen və ammonyak daşıyacağını xatırladan Prezident Tebbun deyib ki, İtaliya enerji məhsullarının Avropaya paylanması üçün mərkəzə çevirəcək və bu məqam layihənin son dərəcə vacibliyini bir daha təsdiqləyir.

Əlcəzair lideri iki ölkə arasında enerji sahəsində strateji əməkdaşlığı yüksək qiymətləndirib. Əlavə edib ki, Əlcəzair əsas təchizatçı hesab olunur və biz italyanlarla əməkdaşlıqda yeni səviyyəyə keçmək istəyirik. Çünki İtaliya enerjinin (elektrik, qaz, ammonyak və hidrogen) Avropaya paylanması üçün mərkəz olacaq.

İtaliyanın baş naziri isə ölkəsinin Əlcəzair qazının İtaliyaya və nəticə etibarilə Əlcəzairdən Avropaya ixracını artırmağa çalışdıqlarını deyib.

Əlavə edib ki, Əlcəzair Afrikada və dünyada enerji lideri olmaq yolundadır. İtaliya rəsmisi söyləyib ki, Avropanın üzləşdiyi enerji böhranı kontekstində Əlcəzair Afrika və qlobal səviyyədə lider ola bilər və İtaliya bu enerjinin Avropaya çatdırılması üçün qapıdır.

Pərvanə Sultanova

 

 





24.01.2023    çap et  çap et