525.Az

Yaponiyanın Baş naziri Kiyevə səfər etmək istəyir


 

Yaponiyanın Baş naziri Kiyevə səfər etmək istəyir<b style="color:red"></b>

Yaponiyanın Baş naziri Fumio Kişida fevralın ortalarında Kiyevə səfər edə və Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıqlar apara bilər.

525.az xəbər verir ki, yapon siyasətçi Ukraynanın daha əvvəl döyüşlərin getdiyi rayonlarını da görmək istəyir. Səfər baş tutsa, səfərdən sonra Kişida və Zelenski Rusiya əleyhinə birgə bəyanatla çıxış edəcəklər.

Kiyevə səfər 2023-cü ildə Tokionun Yeddilik Qrupuna (G7) sədrliyi ilə əlaqədar Kişida üçün vacibdir. Jurnalistlərin fikrincə, səfər Yaponiya tərəfinin Ukraynaya yardımın göstərilməsi prosesində fəal iştirakını nümayiş etdirəcək. Yaponiya hökuməti isə səfər zamanı təhlükəsizlik variantlarını araşdırır.

Qeyd edək ki, Kişida bundan əvvəl Yaponiyanın Rusiyaya qarşı sanksiyalarını davam etdirəcəyini və Ukraynaya dəstək verəcəyini vəd edib.

Havar Şəfiyeva

 





24.01.2023    çap et  çap et