525.Az

Boris Conson Kiyevə səfər edib


 

Boris Conson Kiyevə səfər edib<b style="color:red"></b>

Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə səfərdə olan Böyük Britaniyanın keçmiş Baş naziri Boris Consonu qəbul edib. 

525.az xəbər verir ki, Zelenski "Telegram" hesabında verdiyi açıqlamada Britaniyanın keçmiş Baş naziri Consonla görüşdüyünü bildirib. 

Consonun Ukraynanın dostu olduğunu vurğulayan Zelenski: "Ukraynanın əsl dostu Boris Consona "Kiyevə xoş gəlmisiniz" deyirəm. Boris, dəstəyinizə görə təşəkkür edirəm", - paylaşımında qeyd edib.  

Sosial şəbəkələrdə Consonun Kiyev bölgəsinə bağlı olan və müharibənin izlərini daşıyan Borodyanka şəhərinə səfər etdiyi bildirilib.

Malik Atilay

 





24.01.2023    çap et  çap et