525.Az

Britaniya sağlamlıq böhranından çıxa bilmir


 

Britaniya sağlamlıq böhranından çıxa bilmir<b style="color:red"></b>

İngiltərədə qrip və koronavirus hadisələri artsa da, dərman tapılmır.

525.az xəbər verir ki, Britaniya Müstəqil Əczaçılar Assosiasiyası xüsusilə uşaq dərmanlarının təchizatındakı çatışmazlıqlar barədə xəbərdarlıq edib. 

Böyük Britaniyada qrip və koronavirus hadisələri artır. Aylardır davam edən tətillər nəticəsində səhiyyə xidməti çətin vəziyyətdə qalır. Ölkədə təcili yardım xidmətlərində gözləmə müddəti uzadılıb. Britaniya Həkimlər Assosiasiyası bu gecikmələr səbəbindən hər həftə 500 nəfərin təcili yardım otaqlarında öldüyünü açıqlayıb. 

Təchizat zəncirindəki pozulmalar səbəbindən dərman təchizatında da böhran qapıdadır. Britaniya Müstəqil Əczaçılar Assosiasiyasının prezidenti Leyla Hannabek də mövzuyla bağlı xəbərdarlıq edib. "Xüsusilə uşaqlar üçün antibiotiklər, ağrıkəsicilər və öskürək siroplarının tapılmasında ciddi çətinliklər ola bilər", - Hannabek bildirib.

Ekspertlər isə hökuməti təcili tədbirlər görməyə çağırıb.

Malik Atilay

 





24.01.2023    çap et  çap et