525.Az

Gürcüstan parlamentinin spikeri Bakıya gəlir


 

Gürcüstan parlamentinin spikeri Bakıya gəlir<b style="color:red"></b>

Gürcüstan parlamentinin spikeri David Usupaşvilinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Azərbaycan Milli Məclisindən APA-a verilən məlumata görə, səfər iyulun 7-dən başlayacaq.

İki gün davam edəcək səfər çərçivəsində D. Usupaşvilinin Azərbaycanın bir sıra rəsmiləri ilə, o cümlədən Milli Məclisdə görüşü nəzərdə tutulur.

Nümayəndə heyətinin bir sıra tədbirlərə qatılması da gözlənilir.

 





03.07.2014    çap et  çap et