525.Az

Latın Amerikasında "ortaq valyuta" gündəmdədir


 

Latın Amerikasında "ortaq valyuta" gündəmdədir<b style="color:red"></b>

Latın Amerikası ölkələri arasında ümumi valyutaya keçiddən danışılır. 

525.az xəbər verir ki, Argentinanın iqtisadiyyat naziri bu həftə başlayacaq Latın Amerikası Karib Hövzəsi Dövlətləri İcma Zirvəsi öncəsi daha əvvəl Braziliya ilə gündəmə gətirilən layihədə bütün region ölkələrini iştiraka çağırıb. 

Argentinanın iqtisadiyyat naziri Sergio Massa İngiltərənin "Financial Times" qəzetinə mövzu ilə bağlı açıqlama verib. Massa qeyd edib ki, layihə ilkin olaraq Braziliya ilə ikitərəfli təşəbbüs kimi gündəmə gəlib. 

Sammitdə yeni valyutanın regional ticarətə mümkün təsiri və ABŞ dollarından asılılıq müzakirə olunacaq. Massa həmçinin vurğulayıb ki, əgər razılıq əldə olunarsa, qarşılarında hələ çox yol var.

Qeyd edək ki, yeni ümumi valyuta tətbiq olunarsa, Latın Amerikasında ümumi valyuta qlobal ümumi daxili məhsulun 5 faizini təşkil edəcək. Avropa Birliyinin pul vahidi olan avronun dünya miqyasında payı 14 faizdir.

Malik Atilay

 





24.01.2023    çap et  çap et