525.Az

Kanada yerli əhaliyə təzminat ödəyəcək


 

Kanada yerli əhaliyə təzminat ödəyəcək<b style="color:red"></b>

Kanada hökuməti internat məktəblərində uşaqlarına qarşı zorakılıq edilmiş yüzlərlə yerli icmaya 2,8 milyard Kanada dolları (təxminən 2,1 milyard ABŞ dolları) ödəməyə razılaşıb. 

525.az xəbər verir ki, Kanadada yerli icmaya məxsus internat məktəblərində aparılan yoxlamalar nəticəsində 325 sinifdə kütləvi davaların olduğu və uşaqların şiddətə məruz qaldığı məlum olub. Kanada hökuməti isə uşaqlara qarşı zorakılıq hallarına görə yerli icmalara təzminat ödəyəcəyini öhdəsinə götürüb. Ödənişlərin yaxın zamanlarda ödəniləcəyi bildirilib.

Bundan əvvəl Kanadada aborigenlər üçün keçmiş katolik internat məktəbinin ərazisində uşaqların yeni kütləvi məzarları aşkar edilib.

Kanadada internat məktəbləri yerli gəncləri zorla assimilyasiya etmək məqsədi ilə yaradılıb. Onlar hökumət və dini təşkilatlar tərəfindən idarə olunurdu. 19-cu əsrdən 1990-cı illərə qədər 130 internat məktəbində yerli əhalinin yenidən təhsil alması üçün proqramlar həyata keçirilib. Bu müddət ərzində təxminən 150 000 aborigen uşaq belə müəssisələrdən keçib. Onların minlərləsinin müxtəlif səbəblərdən - qidalanma, xəstəlik, qəza və ya zorakılıq nəticəsində öldüyü təxmin edilir. 

Qeyd edək ki, Milli İstintaq Komissiyası internat sistemini “mədəni soyqırım” adlandırıb.

Havar Şəfiyeva

 





24.01.2023    çap et  çap et