525.Az

Meşələrin və ətraf ərazilərin zərərvericilərdən qorunması məqsədilə monitorinqlər keçirilir


 

Meşələrin və ətraf ərazilərin zərərvericilərdən qorunması məqsədilə monitorinqlər keçirilir<b style="color:red"></b>

Son dövrlərdə respublikamızın şimal-qərb bölgəsində rast gəlinən qəhvəyi mərmər bağacığı zərərvericisinin yayılmasının qarşısını almaq məqsədilə Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı Nazirliklərinin və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarından ibarət qrup tərəfindən monitorinqlər davam edir.

Bu barədə 525.az-a ETSN-in Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib.

O qeyd edib ki, hazırda mütəxəssislərlə birgə Zaqatala-Balakən zonasının meşə fondu torpaqlarında və meşə sahələrinə yaxın ərazilərdə müvafiq müayinə və müşahidə işləri aparılır: “Aparılan monitorinqlərin nəticəsinə uyğun olaraq zərərvericilərə qarşı müvafiq tədbirlər görülür”.

Sevinc Qarayeva 

 





24.01.2023    çap et  çap et