525.Az

Lavrov ABŞ-ni bütün qırmızı xətləri keçməkdə ittiham edib


 

Lavrov ABŞ-ni bütün qırmızı xətləri keçməkdə ittiham edib<b style="color:red"></b>

"Rusiya ilə əməkdaşlığa görə başqa ölkələri təhdid edən ABŞ bütün sərhədləri aşır". 

525.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Pretoriyada Cənubi Afrika Respublikasının xarici işlər naziri Naledi Pandorla danışıqlardan sonra keçirilən mətbuat konfransında ABŞ-ni belə bir siyasət yürütməkdə ittiham edib. 

"ABŞ açıq şəkildə deyir ki, Rusiya ilə əməkdaşlıq edənlər peşman olacaqlar. ABŞ və Britaniya təhdid və təzyiq göstərməklə bütün qırmızı xətləri keçir”, - Lavrov bildirib.

Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Qərbi Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlardan imtina etməkdə ittiham edib. Onun sözlərinə görə, ABŞ, NATO və Avropa İttifaqının rəhbərliyi Kiyevi Rusiya ilə danışıqlara başlamaq üçün hələ tez olduğuna inandırır.

Havar Şəfiyeva

 





24.01.2023    çap et  çap et