525.Az

Almaniyanın yeni müdafiə nazirinə təzyiqlər artır


 

Almaniyanın yeni müdafiə nazirinə təzyiqlər artır<b style="color:red"></b>

Almaniyada yeni təyin olunmuş müdafiə naziri Boris Pistoriusu çətin dövr gözləyir.

525.az xəbər verir ki, Avropada Rusiya-Ukrayna müharibəsi ilə qeyri-sabitliyin artdığı bir vaxtda vəzifəyə başlayan Almaniyanın yeni müdafiə naziri Boris Pistorius Kiyevə "Leopard 2" tankları kimi ağır silahların göndərilməsi və “qeyri-kafi” alman silahlı qüvvələrinin modernləşdirilməsi təzyiqləri ilə üz-üzə qalıb.

2013-cü ildən sonra ölkənin ilk kişi müdafiə naziri olan Pistorius yanvarın 19-da Bundestaqda and içib. Pistorius, Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda Berlin administrasiyasının Ukraynaya daha çox ağır silahlar, məsələn, "Leopard 2" tankı göndərilməsi çağırışlarının olduğu bir vaxtda vəzifəsinin icrasına başlayıb.

Almaniya Rusiya ilə müharibə vəziyyətində olan Ukraynanın Rusiyaya qarşı müdafiəsi üçün, Polşa kimi bəzi NATO müttəfiqləri ilə birgə Kiyevə Almaniya istehsalı olan "Leopard 2" tanklarının tədarükünə icazə vermək üçün ciddi təzyiqlərə məruz qalıb. Almaniya hökuməti indiyədək tankları tədarük etməkdən və ya digər NATO ölkələrinə bunu etməyə icazə verməkdən çəkinib.

İkinci Dünya Müharibəsindən sonra Avropanın ən böyük müharibəsi sayılan Rusiya-Ukrayna Müharibəsi fonunda kifayət qədər gücə malik olmayan silahlı qüvvələrin yenilənməsi üçün təzyiqlərin artması Pistoriusu çətin bir dövr gözlədiyini göstərir.

62 yaşlı Boris Pistorius müdafiə naziri olacağını açıqlandıqdan sonra verdiyi ilk açıqlamada gözləntiləri qarşılamağa hazır olduğuna işarə edib. Pistorius müdafiə naziri kimi onu gələcəkdə böyük vəzifələrin gözlədiyini ifadə edərək: “Alman ordusunu gücləndirmək istəyirəm”, - deyib.

Pistorius müdafiə naziri vəzifəsini üzərinə götürməyin məsuliyyətli olduğunu vurğulayaraq, Almaniya ordusunun Rusiya-Ukrayna müharibəsi ilə ortaya çıxan yeni vəziyyətə uyğunlaşmalı olduğunu bildirib. 

Qeyd edək ki, Berlində amerikalı həmkarı Lloyd Ostin ilə ilk görüşündə ABŞ ilə sıx əməkdaşlıq edəcəyinə söz verən Pistorius NATO-nun “sabit, dəstəkləyici bir ittifaq” olduğunu və “Rusiyanın Ukraynaya qarşı müharibəsinə reaksiya vermə bacarığına malik olduğunu göstərdiyini”, - vurğulayıb. Pistorius Almaniya və ABŞ-ın Kiyevə silah daşımalarında “çiyin-çiyinə” olduğunu vurğulayıb və “azadlıq, ərazi müstəqilliyi və suverenlik uğrunda mübarizədə” Ukraynaya daha çox dəstək vəd edib.

Fərid Sançar

 





24.01.2023    çap et  çap et