525.Az

Ukraynada istefa ərizələri ard-arda qəbul edilib


 

Ukraynada istefa ərizələri ard-arda qəbul edilib<b style="color:red"></b>

Ukraynada Prezident Aparatı rəhbərinin müavini Kiril Timoşenko müdafiə nazirinin müavini Vyaçeslav Şapovalov və baş prokurorun müavini Aleksey Simonenkonun istefaları qəbul edilib.

525.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski bu gün Kiril Timoşenkonun Prezident Aparatı rəhbərinin müavini vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.

Ukraynanın Prezident Aparatının saytında dərc olunan sərəncamda: “Təqdim olunan ərizəyə əsasən, Kiril Timoşenko Ukrayna Prezidenti Aparatı rəhbərinin müavini vəzifəsindən azad edilib”, - bildirilib.

2019-cu ildən Ukrayna Prezident Aparatı rəhbərinin müavini vəzifəsində çalışan Timoşenko dünən öz "Telegram" kanalında istefa məktubunun fotosunu paylaşıb. Bundan əlavə müdafiə naziri Aleksey Reznikov da müavini Vyaçeslav Şapovalovun istefasını qəbul edib.

Mövzu ilə bağlı Ukraynanın Nazirlər Şurasına müraciət edən Reznikov: “Yalan ittihamlara baxmayaraq, Vyaçeslav Şapovalovun istefa ərizəsini təqdim etməsi Avropa və demokratik siyasət ənənələrində dəyərli aktdır və bu müdafiə maraqlarının istənilən kabinet və ya kreslodan yüksək olduğunu nümayiş etdirir. Ukrayna Müdafiə Nazirliyi hesab edir ki, belə bir addım cəmiyyətin və beynəlxalq tərəfdaşların etimadını qorumağa, əlavə açıqlamalar və mümkün araşdırmalar zamanı qərəzsizliyi təmin etməyə kömək edəcək”, - deyə bildirib.

Ukrayna Silahlı Qüvvələrinin maddi-texniki təminatına cavabdeh olan Şapovalov isə ərzaq xidmətlərinin satın alınması ilə bağlı ona qarşı aparılan impiçment kampaniyası nəticəsində ordunun sabit təchizatını təhdid etməmək üçün vəzifəsindən istefa verdiyini açıqlayıb.

Həmçinin, Ukrayna Baş Prokurorluğunun "Telegram" kanalında yayılan məlumatda bildirilib ki, Baş nazirin müavini Aleksey Simonenkonun vəzifəsindən azad edilməsi haqqında fərmanı baş prokuror Andrey Kostin imzalayıb.

Qeyd edək ki, 2022-ci ilin sonunda tətilini İspaniyada keçirdiyi məlum olan Simonenko cəmiyyətin reaksiyasından sonra istefa ərizəsini təqdim edib.

Fərid Sançar

 





24.01.2023    çap et  çap et