525.Az

Braziliya ordusunun komandiri vəzifəsindən azad edilib


 

Braziliya ordusunun komandiri vəzifəsindən azad edilib<b style="color:red"></b>

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva ordu komandanı general Julio Sezar de Arrudanı Milli Konqresə basqın zamanı səhlənkarlığa görə vəzifəsindən azad edib.

525.az xəbər verir ki, general Arruda Konqresə, Prezident Sarayına və Federal Ali Məhkəməyə basqın zamanı təcili və effektiv tədbirlər görməməkdə günahlandırılıb. Arrudanın vəzifədən uzaqlaşdırılması barədə qərarın prezident Lula tərəfindən verildiyi bildirilir. O, keçmiş prezident Jair Bolsonaronun qərarı ilə 30 dekabr 2022-ci ildə ordu komandanı təyin edilmişdi.

Qeyd edək ki, Lula yanvarın 13-də verdiyi açıqlamada polis və hərbçilərdən bəzilərinin Milli Konqresə basqın edən keçmiş prezident Bolsonaronun tərəfdarları ilə əməkdaşlıq etdiyini söyləmişdi.

Məhəmməd Tağıyev

 





24.01.2023    çap et  çap et