525.Az

Macarıstan Bosniya və Herseqovinanın Aİ-yə üzvlüyünü dəstəkləyir


 

Macarıstan Bosniya və Herseqovinanın Aİ-yə üzvlüyünü dəstəkləyir<b style="color:red"></b>

Macarıstan Prezidenti Katalin Novak ölkəsinin Bosniya və Herseqovinanın Avropa İttifaqına (Aİ) üzvlüyünü dəstəklədiyini bildirib.

525.az xəbər verir ki, Novak rəsmi səfəri çərçivəsində Budapeştdə olan serb üzvü, Bosniya və Herseqovina Prezident Şurasının sədri Zeljka Cvijanovic ilə görüşüb, daha sonra birgə mətbuat konfransı keçirib. Macarıstanın Qərbi Balkan ölkələrinin ən yaxşı dostu olduğunu qeyd edən Novak, Bosniya və Herseqovinanın 2022-ci ilin dekabrında Aİ-yə namizəd ölkə statusunu almasının sevindirici olduğunu və prosesin ləngimədən davam etməsinin lazım olduğunu bildirib.

Qərbi Balkan ölkələrinin hər zaman Macarıstana arxalana biləcəyini vurğulayan Novak: "Macarıstanın məqsədi Bosniya və Herseqovinanın Aİ-yə üzvlük prosesini sürətləndirmək və ən qısa zamanda onun tamhüquqlu üzv olmasıdır. Bizim Aİ daxilində Bosniya və Herseqovinaya ehtiyacımız var. Aİ-nin də Qərbi Balkanlar və Bosniya və Herseqovinaya ehtiyacı var", - deyib.

Qeyd edək ki, Novak görüşdə Rusiya-Ukrayna müharibəsinin də müzakirə edildiyini, həm ölkəsinin, həm də Bosniya və Herseqovinanın Rusiyanın təcavüzünü pislədiyini, Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini qeyd edib.

Məhəmməd Tağıyev

 





24.01.2023    çap et  çap et