525.Az

Uqanda tarixində ilk dəfə neft hasilatına başlayır


 

Uqanda tarixində ilk dəfə neft hasilatına başlayır<b style="color:red"></b>

Uqanda təxminən 20 il əvvəl kəşf etdiyi neft ehtiyatlarını ilk dəfə hasil etməyə başlayacaq.

525.az xəbər verir ki, Uqanda Neft İdarəsi (PAU) tərəfindən verilən açıqlamada "Kingfisher" neft yataqlarında qazma işlərinə başlanacağı qeyd edilib. Prezident Yoveri Museveni və çoxsaylı hökumət rəsmiləri istehsalın başlanğıc proqramında iştirak edəcəklər. Ölkədə kəşf edilən iki neft yatağından biri olan "Kingfisher" Albert gölünün yaxınlığında yerləşir.

Uqanda hökuməti keçən həftə neft ehtiyatlarını Tanzaniya sahillərinə daşıyacaq Şərqi Afrika Xam Neft Boru Kəmərinin (EACOP) tikintisini təsdiqləmişdi. Belə ki, hökumət layihənin tamamlanmasından sonra 2025-ci ilə qədər gündə 200 min barel neft hasil etməyi hədəfləyir.

Qeyd edək ki, Uqandanın 2006-cı ildə aşkar edilmiş ehtiyatlarla Şərqi Afrikanın ən böyük neft ixracatçısı olacağı təxmin edilir.

Məhəmməd Tağıyev

 





24.01.2023    çap et  çap et