525.Az

Puerto-Rikoda 1 tondan çox kokain ələ keçirilib


 

Puerto-Rikoda 1 tondan çox kokain ələ keçirilib<b style="color:red"></b>

Cənubi Amerika ölkəsi Puerto-Riko sahillərində bir qayıqda bir tondan çox kokain ələ keçirilib.

525.az xəbər verir ki, ABŞ Gömrük və Sərhəd Mühafizəsinin internet saytında verilən açıqlamada Puerto-Rikonun Humakao bölgəsi yaxınlığındakı çimərliyə yanaşmağa çalışan bir qayıqda 1026 kiloqram kokainin ələ keçirildiyi bildirilib. Açıqlamada məsələ ilə bağlı 3 nəfərin saxlanıldığı ifadə edilib. Sözügedən miqdar ilin əvvəlindən bəri ölkədə ələ keçirilən ən yüksək miqdar olaraq qeydə alınıb.

Qeyd edək ki, Puerto-Riko Cənubi Amerikada istehsal olunan narkotiklərin ABŞ-yə keçid məntəqələrindən biri hesab olunur.

Məhəmməd Tağıyev

 





24.01.2023    çap et  çap et