525.Az

RSK-ya məxsus avtomobil karvanı Laçın-Xankəndi yolundan keçib


 

RSK-ya məxsus avtomobil karvanı Laçın-Xankəndi yolundan keçib<b style="color:red"></b>

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Laçından Xankəndi istiqamətinə 5 yük və 1 minik avtomobili keçirilib.

Aksiya iştirakçıları heç bir maneə törətmədən onların keçidinə şərait yaradıblar.

 





24.01.2023    çap et  çap et