13-19 yanvar tarixlərində Çində COVID-19-dan 12 658 ölüm qeydə alınıb.
525.az xəbər verir ki, Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin (CDC) verdiyi açıqlamaya görə, 13-19 yanvar tarixlərində virusla bağlı 12 658 ölüm qeydə alınıb.
Qeyd edək ki, ölkədə COVID-19 tədbirlərinin ləğvindən sonra 8 dekabr 2022-ci il və 12 yanvar 2023-cü il tarixləri arasında virusa görə 59 938 ölüm qeydə alınıb. Beləliklə, son epidemiya dalğasında təsdiqlənmiş ölüm sayı 72 596-ya yüksəlib.
Malik Atilay