525.Az

Əfqanıstanda "şübhəli" epidemiyadan 21 nəfər ölüb


 

Əfqanıstanda "şübhəli" epidemiyadan 21 nəfər ölüb<b style="color:red"></b>

Əfqanıstanın şimal-şərqindəki Bədəxşan vilayətində "şübhəli" epidemiya nəticəsində 21 nəfər ölüb.

525.az xəbər verir ki, Bədəxşan yerli hakimiyyət orqanları Vahan rayonunun Pamir bölgəsində "şübhəli" epidemiyanın yayıldığını və tibb qruplarının hələlik bunu aşkar etmədiyini açıqlayıb. 

Son iki həftədə epidemiyaya tutulan 21 nəfərin öldüyünü qeyd edən səlahiyyətlilər, xəstəliyin aşkarlanması üçün işlərin davam etdiyini bildiriblər.

Digər tərəfdən, Taliban hökumətinin Səhiyyə Nazirliyi tibb qruplarının Tacikistan üzərindən bölgəyə çatdığını qeyd edib. 

Malik Atilay

 





25.01.2023    çap et  çap et